CANINA QORXU (LƏRZƏ, OD) SALMAQ

bərk qorxutmaq, həyəcanlandırmaq; ~ kürkünə birə salmaq, təşvişə salmaq, canına vəlvələ (vicvicə) salmaq.

CANINA QORXU DÜŞMƏK
CANINA OD DÜŞMƏK
OBASTAN VİKİ
Qorxu
Qorxu — məlumatsızlıqdan yaranan duyğu. Məsələn qaranlıqdan yaranan qorxu hissi qaranlığın qeyri-müəyyənliyindən irəli gəlir. Qorxu həm də bir insanın yaşadığı ümidsizliklər və ya uğursuzluqlar nəticəsində yaranmış bir hissdir. Ən əsası qorxu bir ciddi psixoloji xəstəlikdir, müalicə olunmağı mütləqdir. Müasir dildə həmçinin fobiya termini də oxşar mənada istifadə edilir. Qorxunu aradan qaldırmaq üçün müxtəlif müalicə metodları mövcuddur. Təhlükə, fəlakət, böhran kimi anlayışlar gündəlik həyatımızla sıx bağlıdır. Qəzet səhifələrindən, televiziya ekranlarından hər gün yeni-yeni dəhşətli hadisələr, qətllər, fövqəladə hallar haqqında informasiya alaraq istər-istəməz düşünməli oluruq: bütün bunlar mənim də başıma gələ bilər. Elə ona görə insan özünü faciələrlə dolu bu dünyada dayhrurjrbrbr. Ona elə gəlir ki, təhlükə onu hər yerdə-evdə, mağazada, teatrda, evinin girişində və ictimai nəqliyyatda addım-addım izləyir.
Od
Od — mifoloji təsəvvürlərdə dünyamızın yaranmasına təkan verən ikinci mühüm amildir. Əski inanışlarda odu günəşlə, işıqla, gündüzlə əlaqələndirirdilər. Ulularımız ona Dan ("dan yeri sökülür" deyimində indi də işlədilir) da deyirdilər. == Odun insan həyatında rolu == Odun temperaturu yanğını yaradan materialın növündən və havanın təzyiqindən, odun rəngi isə yanan materialın qarışığından asılıdır. Dörd ünsürün qədim Şərq təqvimlərində qəzalar kimi xarakterizə edilməsinin əsasında onların ikili mahiyyətinə (həm yaradılışa, həm də məhvə xidmət etmələri) inam dayanır. Belə ki, od inkişafın, mədəniyyətin təkanverici qüvvəsi tək göstərilməklə yanaşı, həm də yarananları yandırıb kül edir, fəlakətlərin mənbəyinə çevrilir. Təsəvvürlərdə odun xeyirxahlığına, yoxsa şərinə, ziyanlarına birinci inanıldığını müəyyənləşdirmək çətindir. Miflərdə tez-tez üstünlük birindən digərinə ötürülür. Məsələn, "Munisnamə"də göstərilir ki, Allah ilk olaraq cəhənnəmi yaratmışdır. Onun göstərişi ilə cəhənnəmin palçığı min il qaynadıldığından qıpqırmızı qızarmış, sonra təkrar min il də qaynadılmışdır ki, közərməsi ağarsın.
Hədə-qorxu
Hədə-qorxu — şəxsin bədən xəsarəti almaqdan qorxmasına səbəb ola biləcək qəsdən edilən davranış. Zərərçəkmişin həqiqətən də qorxmuş olduğunu sübut etməyə ehtiyac yoxdur.
Qorxu filmi
Qorxu filmləri və ya horror – insanı vahiməyə gətirən bədii filmin janrıdır. Ən məşhur qorxulu filmləri çəkən ölkələr sırasına ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Yaponiya və İtaliya kimi ölkələr daxildir. == Tarixi == "Horror" terminini ilk dəfə fransızlar işlətmişlər. İlk qorxulu film fransız rejissoru Jorj Melyes tərəfindən 1896-cı ildə çəkilən İblisin qəsri filmidir. 1909-cu ildə çəkilən "Cingilti" filmi Rusiyanın ilk qorxulu filmidir. 1910–1940-cı illər arasında "Drakula" və "Frankenşteyn" haqqında ilk vahimə janrında filmlər çəkilir. 1949-cu ildə çəkilən "Yellənən" filmi Hindistanın ilk qorxulu filmidr 1950-1960-cı illər arasında çəkilmiş qorxulu filmlər əvvəlki çəkilən filmlərdən fərqlənir. Çünki bu filmlər psixoloji formada çəkilirdi. Xüsusilə, bu filmləri məşhur ingilis əsilli ABŞ rejissoru Alfred Hiçkok çəkirdi. İlk dəfə "Qorxu filmi" janrında yayımlanan serial ABŞ-də 1959-1964-cü il arası çəkilən "Alaqaranlıq zonası" serialı idi.
Qorxu ədəbiyyatı
Dəhşət ədəbiyyatı (ing. horror literature, horror fiction; adətən sadəcə "dəhşətlər", ya hətta "dəhşətciklər", hərdən "miskita" ya da ingiliscədən alınmış "horror") – oxucuda qorxu hissləri yaratmaq məqsədi güdən ədəbi janrdır. Tez-tez, ancaq həmişə olmayaraq, dəhşət ədəbiyyatında sözün həqiqi mənasında qeyri-təbii barəsində nağıl edilir; Məzmunlaşdırılmış personajların, bir qayda olaraq, müxtəlif xalqların mifologiyasının alt qatından götürülmüş (xortdanlar, zombilər, qulyabanılar, kabuslar, iblislər və s.r.) məhdudlaşdırılmış yığımı var. == Tarix == === Janrın mənbələri === Janrın mənbələri əvvəl olaraq bunları adlandırmaq düzgün olar: XIII əsrin ortalarında yazılmış "məhvedici qəbiristanlıq " "qotik" cəngavər romanı, şeytana mübtəla olma və digər infernal mövzulardan istifadə edən XVI-XVII ə. fransız "faciəli əfsanələri" (o cümlədən yepiskop Jan-Pier Kamünın romanları), ingilis qotik romanı (o gədər də erkən olmayan, Qoratsiya Uolpolun və Anna Radklifin, bir qədər gec, romantizm dövrünün, birinci növbədə Merri Şellinin "Frankenşteyin"i, həm də M.G. Lyüisin "Rahib"i və Çarlz Metyürinin "Sərsəri Melmot"ı), alman romantiklərinin nağılları (E.T.A.Hofman, Vilhelm Hauff, Ahim fon Arhim, Şamisso), Edqar Ponun və Ambroz Birsin psixoloji novellaları. Daha bir ogədər tez-tez adı çekilməyən mənbə – "vizionerlərin vahimələri" (Tomas de Kvinsinin "İngilis opiomanının etirafı", Şarl Bodlerin "Süni cənnət"i). Janrın formalşmasına XIX ə. ortalarının Uilki Kollins, Edvard Bulver-Littonun sensasiyalı romanı böyük təsirini göstərdi. 1860-cı illərdə İngiltərədə bilavasitə dəhşət ədəbiyatı adlamdırmaq mümkin olan janr formalaşır (Şeridian Le Fanüdən Brem Stokerə kimi). Həmin dövrürün klassik hekayəsi – Robert Lyüis Stivensonun "Doktor Cekil və mister Haydın gəribə əfsanəsi".
Od (departament)
Od (fr. Aude) — Fransanın cənubundakı Oksitaniya regionunun departamentlərindən biri. Sıra № 11. İnzibati mərkəz Karkason. Əhalisi 365 854 nəfərdir (vahidlər arasında, 66-cı yerdə, məlumatlar 2010). == Tarix == Od 1790-cı ilin martında Fransız İnqilabı zamanı meydana çıxan ilk 83 departamentdən biridir. Bu köhnə Langedok vilayətinin ərazisində yerləşir. Departamentin eyni adlı çayı da mövcuddur. == İnzibati bölmə == Departamentdə 3 rayon, 35 kanton və 438 kommuna daxildir.
Od (dəqiqləşdirmə)
Od
Od (kommuna)
Od (fr. Audes) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Erisson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03010. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 463 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 282 nəfər (15-64 yaş) arasında 184 nəfər iqtisadi fəal, 98 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 65,2%, 1999-cu ildə 64.1%). 184 fəal 166 nəfərdən (90 kişi və 76 qadın), 18 nəfəri işsizdir (6 kişi və 12 qadın). 98 hərəkətsiz 27 nəfər arasında şagird və ya tələbə, 30 nəfər təqaüdçü, 41 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Od Ana
Od Ata
Od Milləti
Od Milləti — Avatar: Aanq haqqında əfsanə cizgi serialın dünyadan bir xalq. O, (xəritəyə görə) Avatar dünyasın qərbində yerləşən arxipelaqda yerləşir. Od Dövləti - tamamilə miraslı monarxiyadır. Dövlət xadimi Od Lordudur. Yüz illik müharibənin dövründə Od Lordlar əsas ərazidən başqa Yer Krallığdaki bir neçə koloniya kontrol edirdilər. == Görünüşü == Millətin görünüşü samuraylar dövrünün Yaponiyasından götürülmüşdür. == Mədəniyyət == Yuz illik müharibə ərzində Od Millətin mədəniyyəti çox dəyişilib.
Od gəlini
Od gəlini — Azərbaycan dramaturqu Cəfər Cabbarlının 1927-ci ildə yazılmış 18 pərdəli tarixi faciəsi. Cabbarlının yeni dövrün ilk sanballı əsəridir. Faciə Ərəb əsarətinə qarşı Babək üsyanına həsr edilmişdir. Əsər ilk dəfə 1928-ci ildə Bakıda səhnəyə qoyulub. == Tarixi == "Od gəlini" faciəsi IX əsrin aktual hadisələrinə və ərəb işğalçılarına qarşı ümumxalq azadlıq hərəkatına rəhbərlik etmiş sərkərdə Babəkin mübarizəsinə həsr edilib. Babək tamaşanın baş qəhrəmanı Elxan üçün prototip rolunu oynayıb.Əvvəlcə tamaşa "Babək" adlanırdı, lakin Cəfər Cabbarlı əsərin ideya-tematik çərçivəsini konkret tarixi hadisə ilə məhdudlaşdırmaq istəməmiş, ona daha geniş məzmun verməyə çalışmışdır. Tamaşanın üzərində iş hələ 1925-ci ildə, Cabbarlı bitirib onun ilk variantını teatra təqdim edəndən sonra başlayıb. Həcmi ağır, ideya-bədii cəhətdən natamam olan bu variant nə müəllifin özünü, nə də teatrı qane etmirdi. Ona görə də Cəfər Cabbarlı pyes üzərində işləməyə davam edərək onu xeyli sıxışdıraraq əsərin bədii keyfiyyətlərində ciddi təkmilləşməyə nail olub. Rejissor Aleksandr Tuqanov xatirələrində yazır: Aleksandr Tuqanovun xatirələrində qeyd etdiyi kimi, Cabarlının üç illik gərgin zəhməti ərzində o, orijinal variantdan 38 pərdəli əsərini 18-ə qədər qısaldıb.
Od iyesi
Od iyəsi
Od məbədi
Od məbədi, İslamdan əvvəl İranda müqəddəs odun yandırıldığı binaya və ya əraziyə verilən addır. Üstü örtülü bir yer tələb etməyən od məbədinin ərazisi, üstü açıq olan xüsusi bir zona və ya təbii qaz sızıntısının olduğu ərazi və ya neftin yandığı xüsusi bir sahə də ola bilər. Bina kimi tikilən od məbədlərinin əsas nümunəsi dörd monolit ayağı olan və günbəzlə örtülmüş bir quruluşda olmasıdır. Tromp keçid elementlərinə yerləşdirilmiş günbəzləri və monolit daşıyıcılarla bu cür od məbədləri, İslam dövründəki günbəz sistemlərinin təkamülünə təsir etmişdirlər.
Od çərşənbəsi
Od çərşənbəsi — Novruz bayramının ikinci çərşənbəsi.
Qorxu (film, 1993)
Darr (hind.: डर, mənası: Qorxu) — romantika və triller janrında olan Bollivud filmidir. == Məzmun == Kiran (Juhi Chawla) adlı bir qız Sunilə aşiqdir. Lakin o, kollec yoldaşı Rahul (Şahrux Xan) tərəfindən dəlicəsinə sevildiyindən xəbərsizdir. Kiranla Sunil evləndikdən sonra Rahul gizli zənglərlə Kiranı narahat eləməyə başlayır. Az sonra Rahul Sunillə dostluq edir. Lakin bir gün o, Sunili bıcaqlayır. Kiranla zorla evlənmək istəyir. Bu vaxt Sunil yaralı halda gəlir və Rahulu öldürür.
Qorxu və Titrəmə
"Qorxu və Titrəmə" (Danimarka dilində: Frygt og Bæven) — 1843-cü ildə İohannes de Silentio təxəllüsü ilə çap olunan Sören Kyerkeqora aid fəlsəfi bir əsərdir. Ümumilikdə kitabın başlığı Bibliyada keçən bir hissədən götürülüb. Belə ki, kitabın baş qəhrəmanı Tanrının ondan öz sevimli oğlunu qurban olaraq tələb etdiyi Tövratdakı İbrahimdir Bibliyadan götürülmüş həmin ifadə aşağıdaki şəkildə qeyd edilib: “Mənim əzizlərim, həmişə söz dinlədiyiniz kimi, sadəcə mən yanınızda olanda yox, indi, yanınızda olmadığım bir vaxtda da, qorxu və titrəmə ilə xilasınıza yetişmək üçün cəhd edin, çünki Tanrı Öz lütfü ilə sizi, həm istək, həm də əməl sahibi edir.” (Bax: Filippililərə; 2. 12-13) Buna görə də bu əsər Susqun İohanın dialektik lirikası olaraq təqdim edilir. Belə ki, öz məzmununa görə bu kitab sanki iki fərqli hissədən ibrarətdir. Əsərin birinci hissəsi oxucunu mənəvi, hissi, psixoloji cəhətdən Tövratda keçən bu hekayənin cazibəsinə salmaq üçün lirik əhvalda təqdim edilmişdir. Adətən bir musiqi alətində ifa etməzdən əvvəlki kökləmə prosesini xatırladan bu hissədə qeyd edilənlər İbrahimin qurban hadisəsini ilk dəfə uşaqlığında eşidərək təsirlənən və böyüdükcə onun bu əməlindən daha çox təsirlənərək tərəddüdə düşən bir insanın təxəyyülündə canlanır. İkinci hissəsi isə müəllifin əsas götürdüyü təməl kateqoriyaların tədqiqi, etik və dini olan arasındakı münasibət, etik olanın teleolojik təcridi və bir çox başqa məsələlərin dialektik şəkildə fəlsəfi tədqiqatından ibarətdir. Belə bir dialektik nəzər nöqtəsindən ən yüksək zirvədə sözlə ifadə edilə bilməyən, rasionallıqdan uzaq, qaranlıq, absurd bir iman “paradoks”u dayanır. Kyerkeqor bu kitabda insanın Tanrı naminə dünyəvi istəklərdən imtina etməsini (təslimiyyət həmləsini) və sonra Tanrı üçün hər şeyin, hətta insan məntiqində absurd olan şeylərin də həyata keçirilməsinin mümkün olduğunun fərqinə vararaq yenidən həmin dünyəvi ehtiraslara geri qayıtmasını (iman həmləsini) ifadə edən əbədiyyətin ikili həmləsi ətrafında müzakirə aparır.
Nosferatu: Qorxu simfoniyası
Nosferatu: Qorxunun simfoniyası (alm. Nosferatu, eine Symphonie des Grauens‎) — 1922-ci ildə istehsal olunmuş Almaniya qorxulu filmidir. Film dövründə çəkilən digər filmlər kimi səssiz çəkilmişdir. Filmdəki yazılar Alman dilindədir. Film İrland yazıçısı Brem Stokerin Drakula əsərinin motivləri əsasında çəkilmişdir. Filmin məzmunu romandakından fərqlidir. "Nosferatu: Qorxunun simfoniyası" filmindəki Qraf Orlok obrazı romandakı "Qraf Drakula" personajına uyğundur. == Məzmun == Əmlak işçisi Tomas Hatter Almaniyanın Bremenə bağlı Visburq adlı kiçik bir qəsəbəsində həyat yoldaşı Elen ilə birlikdə yaşayır. Tomasa Transilvaniyada yaşayan Qraf Orlokdan məktub gəlir. Bəzi simvollarla dolu bu məktubu Knok adlı şəxs Tomas üçün oxuyur.
Od İçində (1978)
== Məzmun == Filmin mərkəzində 1919-cu ildə Azərbaycanın cənub rayonlarında — Muğan və Lənkəranda baş verən dramatik hadisələr durur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Əhmədağa Muğanlı Quruluşçu rejissor: Şamil Mahmudbəyov Quruluşçu operator: Teyyub Axundov Quruluşçu rəssam: Kamil Nəcəfzadə Bəstəkar: Emin Sabitoğlu Səs operatoru: Ağahüseyn Kərimov Rejissor: Tofiq Məmmədov Operator: Vaqif Muradov Qrim rəssamı: V.Arapov Geyim rəssamı: Fikrət Ələkbərov Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Rejissor assistenti: X.Şirinov, C.Məmmədov, Nadir Əzməmmədov Operator assistenti: A.Əliyev Məsləhətçi: Məcid Katibli (tarix elmləri namizədi) Redaktor: İsa Hüseynov Çalır: Ümumittifaq Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Dirijor: V.Vasilyev Filmin direktoru: Əli Məmmədov === Rollarda === Yaşar Nuri — Əjdər Viktor Kosıx — Andrey Hacı Xəlilov — Tarıqulu Səməndər Rzayev — Tomar bəy Nikolay Barmin — Arsen İvan Kosıx — Yasovul Hamlet Xanızadə — Rizvan Boris Rudnev — Ulyantsev Alla Panova — Tatyana Anatoli Falkoviç — İlyaşeviç Yuri Sorokin — Suxorukov Muxtar Maniyev — Xoşev Kazım Nəcəfov — Talıb Dadaş Kazımov — Qasım Mübariz Əlixanoğlu — Hüseyn Yalçın Rzazadə — Əmir Tomar Məmməd Sadıqov (Məmməd Sadıxov kimi) — dərviş Fikrət Məmmədov — zabit Xanlar Muradov — Jandarm Nadir Əzməmmədov B.Rzayev Valeri Kovtun G.Qurbanova İ.Kaşileviç V.Kondraşev V.Marianbey Y.Ustinoviç Ələddin Abbasov — mirzə Sadıq Həsənzadə — kəndli Gümrah Rəhimov — bolşevik === Filmi səsləndirənlər === Əliabbas Qədirov — Mirzə (Ələddin Abbasov) (titrlərdə yoxdur) Kamal Xudaverdiyev — İlyaşeviç (Anatoli Falkoviç) (titrlərdə yoxdur) Həsən Əbluc — Əmir Tomar (Yalçın Rzazadə) (titrlərdə yoxdur) Əzizağa Qasımov — Yasovul (İvan Kosıx) (titrlərdə yoxdur) Yusif Vəliyev — Arsen (Nikolay Barmin) (titrlərdə yoxdur) Ramiz Məlikov — Andrey (Viktor Kosıx) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Tatyana (Alla Panova) (titrlərdə yoxdur) Sofa Bəsirzadə — Arsenin arvadı (titrlərdə yoxdur) Şahmar Ələkbərov — Ulyantsev (Boris Rudnev) ; kadrarxası mətn (titrlərdə yoxdur) Həsən Məmmədov — Suxorukov (Yuri Sorokin) (titrlərdə yoxdur) Hüseynağa Sadıqov — Dərviş (Məmməd Sadıqov) (titrlərdə yoxdur) Həsənağa Turabov — Xoşev (Muxtar Maniyev) (titrlərdə yoxdur) == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 32; 257. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Od Əsgərləri (1978)
== Məzmun == Film Yanğınsöndürmə İdarəsinin 25 illiyinə həsr edilmişdir. Kinolentdə Neft Daşlarında — dəniz neft buruqlarında, habelə bir çox mühüm sənaye obyektlərində yanğın təhlükələrinin qarşısını almış yanğınsöndürmə dəstəsinin şücaətindən danışılır. == Film haqqında == Film Azərbaycan Daxili İşlər Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Cəmil Fərəcov Ssenari müəllifi: Cavanşir Məlikov Operator: Ələsgər Ələkbərov Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan Daxili İşlər Nazirliyi == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
İki od arasında
Yusif Vəzir Çəmənzəminlinin 1937-ci il aprel ayında tamamladığı və ilk dəfə 1964-cü ildə “Qan içində” adı ilə çap olunan “İki od arasında” romanıdır. Romanında məşhur şair Molla Pənah Vaqifin həyatından və onun Qarabağ xanlığında vəzir olduğu zaman Azərbaycanın siyasi həyatında baş verən hadisələrdən bəhs edilir. == Məzmun == Qarabağ, onun timsalında bütöv Vətən, doğma diyarın azadlığı böyük Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığından qırmızı xətlə keçir. Ədibin 1937-ci ildə qələmə aldığı və ilk dəfə 1964-cü ildə «Qan içində» adı ilə işıq üzü görən «İki od arasında» romanı da məhz bu mövzudadır. Vətəni dərin məhəbbətlə sevən Y.V.Çəmənzəminli Qarabağ xanlığının tarixindən bəhs edən əsərini təsadüfən «iki od arasında» adlandırmamışdır, Bununla o, xalqının iki böyük qonşu dövlətin - Rusiya ilə İranın məngənəsində qaldığına, bundan ciddi ziyan çəkdiyinə işarə etmişdir. Romanın əsas qəhrəmanlanndan biri böyük söz ustadı M.P.Vaqifdir. Lakin müəllif M.P.Vaqifi yalnız gözəllikdən ilham alan şair kimi səciyyələndirməmiş, həm də onun eşikağası vəzifəsində xanlıqda mühüm mövqe tutan mahir bir siyasətçi, diplomat obrazını yaratmışdır. M.P.Vaqifin şair təbiəti ilə eşikağası vəzifəsində fəaliyyəti bir-birini tamamlayır. O, şeir, sənət adamı kimi nə qədər xəlqidirsə, gözəlliyə, xeyirxahlığa nə qədər həssasdırsa, xanlıqdakı vəzifəsində də bir o qədər məsuliyyətli, tədbirli və təəssübkeşdir. Hətta o, bəzən diplomat kimi fəaliyyətində də şairliyindən bəhrələnir və bu ona təkcə Qarabağ xanlığında deyil, qonşu əyalətlərdə də böyük hörmət qazandınr.
Qorxu altında (film, 2017)
"Qorxu altında" — rejissor Namiq Əlioğlunun filmi. Narkomaniyaya mübarizə məqsədilə çəkilmişdir. == Məzmun == Filmdə narkotik vasitənin təsirindən mutanta çevrilən və dispanserdən qaçan 3 xəstənin yaşadıqları macəradan bəhs edilir.
İlk qorxu (film, 1996)
İlk Qorxu - Primal Fear ve ya ilk qorxu baş rollarında Riçard Qere ve Eduard Nortonun oynadığı 1996 cı il Hollivud filmi. Eduard Norton film karyerasına bu filmlə başladı ve filmdəkı roluna görə Qızıl qlobus mukafatına layiq görüldü. == Filmin sujeti == Gənc kilsə adamı Aron (Eduard Norton) baş kahini öldürməkdə günahlandırılır.Müdafiəsini öz üzərinə götürən təcrübəli hüquqşünas Martin Veil (Riçard Qere) bütün subutlar əleyhinə olsada gəncin qorxaq və ağrılı vəziyyətini görəndə günahsız olduğuna qərar verir.Ancaq həbsxanadakı görüşlərindən birində gözlənilməz bir şey olur və Aronda şəxsiyyət pozuntusu və davası olduğu ortaya çıxdı və məhkəmənin gedişatı tamamilə dəyişdi. == Haqqında == Janr:Dram/Gərginlik/Cinayət Rejissor:Qriqori Hoblit Ssenari:Stiv Şaqan,An Bidermən,Viliam Diel Kinomatoqrafiya:Mikael Çapman Musiqi:Fredriko de brito,Jeyms Nevton Hovard,Stiv Porkaro,J.Peter Robinson,Ferer Trindade,Cuk vils Çap:1996.ABD,129 dəqiqə == Obrazlar == •Riçard Qere(Martin Veyl) •Eduard Norton(Aron Stampler) •Laura Linney(ittihamçı Janet Venəbl) •John Mahoney(John Sagnesy) •Franses Mcdormand(Dr.Moly Arigtony) •Alfe Vudard(hakim Miriam Shuat) •Tery O'Quin(bud yansy) •Andre Bragher(Tomiy godman) == Filmin Musiqisi == Filmin səs qurşağında istifadə olunan musiqi parçaları bunlardır.
Od (Bir Yunus romanı)
Od (Bir Yunus romanı) — İskəndər Palanın Yunus Əmrədən bəhs edən romanı. 2014-cü ilin may ayında kitabın cib ölçüsündə olan forması satışa çıxmışdır. == Məzmunu == == Musiqi == Kitab türkülərdən ibarət olan musiqi CD-i ilə birlikdə satışa buraxılmışdır. CD-dəki musiqi parçaları: Arayıp bulsam izini Aşk bezirgânı Aşkın aldı benden beni Ben yürürüm yane yane Bir kez gönül yıktın Dağlar ile taşlar ile Dolap neden inlersin Fenada bir garipsin Geldi geçti ömrüm benim Hak bir gönül verdi bana Ben bu yolumu bilmez idim Severim ben seni Şeyhimin illeri Yar yüreğim yar == Tərcümə və nəşr == Kitab türk dilində 380 000 tirajı çapdan çıxmışdır. Kitab 2012-ci ildə Qanun nəşriyyatı tərəfindən Azərbaycan dilinə tərcümə olunub. == İstinadlar == == Həmçinin bax == İskəndər Pala Yunus Əmrə == Xarici keçidlər == "Od — Bir "Yunus" Romanı / CD İlaveli" ( (türk.)). iskenderpala.net. 2015-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-06. Tarih TV. "İskender Pala-Od,Bir Yunus Romanı Söyleşisi-17 Kasım 2011" (türk).